İlham Əliyevlə I vitse-prezident qalibləri mükafatlandırdı

ilham-eliyevle-i-vitse-prezident-qalibleri-mukafatlandirdi
Oxunma sayı: 3046

“Formula 1” üzrə Azərbaycan Qran Prisində mükafatlandırma mərasimi keçirilib.
 
“Qafqazinfo” xəbər verir ki, I yerin sahibi “Mercedes”  klubunun pilotu Lyuis Hemiltona mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edib.

Konstruktor kuboku isə qalib “Mercedes” komandasının rəsmisinə I vitse-prezident Mehriban Əliyeva tərəfindən təqdim olunub.

II pillənin sahibi Kimi Raykonenini Gənclər və idman naziri Azad Rəhimov, üçüncü yer olan Serxio Perez isə Avtomobil Federasiyasının rəhbəri Anar Ələkbərov mükafatlandırıb.
 
Xatırladaq ki,, “Mercedes” klubunun pilotu Lyus Hemilton 1:46.842 nəticə ilə finiş xəttini birinci keçib. İkinci pillədə 1:46.675 göstərici ilə “Ferrari”dən Kimi Raykonnen, üçüncü pillədə isə 1.46.206 göstərici ilə “Force India”-dan Serxio Perez olub.

Qeyd edək ki, bu Hemiltonun karyerasında qazandığı 63-cü qələbədir.