İlham Mirzəyevin səhhəti pisləşib

ilham-mirzeyevin-sehheti-pislesib
Oxunma sayı: 3006


“Qafqazinfo” xəbər verir ki, bu barədə AzNews.az-a eyni zamanda Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, həbsdə olan vitse-admiral Şahin Sultanovun da hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, hər iki müvəkkili Bakı İstintaq Təcridxanasında eyni kamerada saxlanıldığından onlarla eyni vaxtda görüşür. A.Məmmədovun sözlərinə görə, İlham Mirzəyevin əhval-ruhiyyəsi yaxşı olsa da, sağlamlığında olan problemlər yenidən özünü büruzə verməyə başlayıb:

“İlham Mirzəyevin bir neçə xəstəliyi var. Bildiyiniz kimi belində və boynunda yırtıqlar var. İndi həmin xəstəlik daha da şiddətlənib. Onu da deyim ki, İlham Mirzəyevin hüquqlarını müdafiə etməyimin onun digər müvəkkilim Şahin Sultanovla eyni kamerada saxlanması ilə heç bir əlaqəsi yoxdur”.

Qeyd edək ki, keçmiş teleaparıcı İlham Mirzəyev dələduzluqda (Cinayət Məcəlləsi 178-ci maddə) ittiham olunur.