İlham Rəhimovdan Putinin səhhəti ilə bağlı- - Açıqlama

ilham-rehimovdan-putinin-sehheti-ile-bagli-
Oxunma sayı: 1963


"Qafqazinfo" xəbər verir ki, Putini yaxından tanıyan iş adamı İlham Rəhimov “Yeni Müsavat”a bu barədə açıqlama verib.

 - İlham müəllim bir çox KİV-lərdə Rusiya prezidenti V.Putinin səhhəti haqqında müxtəlif məlumatlar yayılmaqdadır. Bu suala Siz cavab verməyə də bilərsiniz. Lakin onu yaxından tanıyan bir şəxs kimi,  Sizin bu məsələyə münasibətiniz oxucularımız üçün maraqlı olardı.

 - Rusiya prezidenti Vladimir Putinin səhhətində problemlərin olması barədə  məqsədyönlü şəkildə yayımlanan dezinformasiyalar yumşaq desək, “sarı mətbuatın” fantaziyasının məhsuludur, hansı ölkədə olmasından asılı olmayaraq. Onunla bu yaxınlarda görüşmüşəm, sağlamlığına çox adam həsəd apara bilər. Belə xəbərləri yayanların mövqeləri bəllidir, heç bir əxlaqa sığmır. El arasında belə hadisələrə dair çox müdrik misallar mövcuddur, açıqlamağı məqsədə uyğun hesab etmirəm.  Həyat davam edir... Mən bu fikirləri ona yaxın olduğum üçün demirəm,  ictimaiyyət  həqiqəti bilsə  yaxşıdır.