İlham Rəhimovun qohumu ağır qəzaya düşdü – - 4 ölü

ilham-rehimovun-qohumu-agir-qezaya-dusdu-
Oxunma sayı: 7410


Tovuz rayon prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, Qazax rayon sakini Rüfət Əfəndiyevin idarə etdiyi “VAZ-21154” markalı avtomobillə Tovuz rayon sakini, Qovlar qəsəbə polis bölməsinin əməkdaşı Anar Rəhimovun idarə etdiyi “Opel-Vectra” markalı avtomaşın toqquşub. Hadisə zamanı “VAZ-21154” də olan, sürücünü qardaşı, 30 yaşlı Rauf Əfəndiyev, atası, 59 yaşlı Zöhrab Əfəndiyev və Qazax rayon sakinləri, 1960-cı il təvəllüdlü Kişmilə Xasməmmədova və 1940-cı il təvəllüdlü Bayram Mərdanov hadisə yerindəcə dünyalarını dəyişiblər. Sürücülər isə ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

  “VAZ-21154” markalı maşında sıxılmış vəziyyətdə qalmış sərnişin cəsədləri hadisə yerinə cəlb olunmuş xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə göndərilib. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.

“Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, qəzaya düşən maşınlardan birinin - “Opel-Vectra”nın sürücüsünün iş adamı İlham Rəhimovun yaxın qohumu olduğu bildirilir.