İlhamə Məleykəni bu açıqlamaya görə polisə verib - Video

ilhame-meleykeni-bu-aciqlamaya-gore-polise-verib-video
Oxunma sayı: 682

Xalq artisti İlhamə Quliyevanın şikayəti əsasında digər xalq artisti Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində dindirilməsi ilə bağlı xəbərlər yayılıb. “Qafqazinfo” xəbər verir ki, adıçəkilən şəxslər arasında qarşıdurma hələ bir müddət əvvəl başlayıb. M. Əsədova ATV telekanalına açıqlamasında İ. Quliyevanın ünvanına ittihamlar səsləndirib, onu «hərəyə bir daş atmaqda» günahlandırıb. İ. Quliyeva da məhz bu fikirlərinə görə M. Əsədovadan şikayət edib.

“Qafqazinfo” M. Əsədovanın İ. Quliyevanın əleyhinə verdiyi müsahibəni təqdim edir: