İlhamə-Nazpəri məhkəməsindən - - Yeni xəbər

ilhame-nazperi-mehkemesinden-
Oxunma sayı: 2524


“Nazpəri Dostəliyeva iddia edirdi ki, Azərbaycanın və Dağıstanın xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar İlhamə Quliyeva ATV kanalında yayımlanan “Ümid var” verilişində onun şərəf və ləyaqətinə xələl gətirəcək ifadələrdən istifadə edib, şər, böhtan danışıb. Nazpəri Dostəliyeva iddiasının sübuta yetirildiyi təqdirdə İlhamə xanım Quliyevadan 200 min manat pul təzminatının tələb olunmasını istəyirdi. Məhkəmə prosesi zamanı tam sübuta yetirildi ki, İlhamə Quliyeva Dostəliyevanın ünvanına heç bir böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr söyləməyib. Bununla belə məhkəmə əsaslı qətnamənin qəbul olunması üçün bu işin linqvistik ekpertizaya göndərilməsinə qərar verib”.

 Məhkəmə prosesində İlhamə Quliyevanın hüquqlarını vəkil Ceyhun Cəfərov və tanınmış hüquqşünas Habil Vəliyev müdafiə ediblər. Onlar bildiriblər ki, İlhamə xanım Quliyeva Nazpəri Dostəliyevanın ünvanına böhtan, şər xarakterli, şərəf və ləyaqəti alçaldacaq ifadələr işlətməyib. Qeyd edək ki, növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.