“İlhamə nə Röyadır, nə də Aygün...”

ilhame-ne-royadir-ne-de-aygun
Oxunma sayı: 741

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Tolik bildirib ki, o, İlhamə Quliyevada heç bir ad istəmir: “İlhamə Quliyevanı bəyənməyənlərə deyirəm ki, onun qədər gözəlliyə sahib olsunlar, mahnını canlı ifa etsinlər, sonra danışsınlar. Bunu oxucular yaltaqlıq kimi qəbul etməsin. İlhamə xanımdan 1 manat da xeyrim yoxdur. Sadəcə düz danışıram. Röya kimi ondan titul istəmirəm. Öz adım mənə bəsdir “Tolik”. Əgər İlhamə xanım kiməsə titul verirsə, o, buna layiqdir. Çünki İlhamə xanım “Şöhrət” ordeninə layiq görülüb. Bu mükafat Xalq artisti adından da yüksəkdir. Azərbaycanda Xalq artisti adı bir çox sənətkarlarımızda olsa da, “Şöhrət” ordeni isə çox az sənətkarlarımızda var.

Bir daha deyirəm ki, İlhamə Quliyeva nə Röya, nə Aygün Kazımova, nə Natəvan Həbibi, nə də Sevda Yəhyayevadır. Bunu qəbul eləsinlər ki, bu İlhamə Quliyevadır. O, sənətkardır”.

Aynur