“İlhamə Quliyeva dedi ki, ona qarşı qruplaşaq”

“İlhamə Quliyeva dedi ki, ona qarşı qruplaşaq”
Oxunma sayı: 3889

Azərbaycanın xalq artisti Brilliant Dadaşova “Hər şey daxil” verilişinin qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni proqramda maraqlı açıqlamalar verib.

Dadaşova Ajda Pekkanın konsertində küsülü həmkarı Aygün Kazımova ilə barışığı barədə yayılan xəbərlərə münasibət bildirib:

“Elə insanlar var ki, mövzu yarada bilirlər. Məndə alınmır. Jurnalistlər yazıb, onların qələmlərinə hörmət edirəm”. 

Müğənni mərhum xalq artisti İlhamə Quliyeva haqqında da danışıb:

“Tolik mənə zəng vurub dedi ki, İlhamə Quliyeva sizinlə danışmaq istəyir. O da başqasına qarşı birləşməyimizi istədi. Kiminləsə qruplaşıb başqasına qarşı çıxa bilmərəm. İlhamə şər-böhtandan qorxan adam deyil. Görürdüm ki, gənclər çox çəkinir. Sadəcə olaraq onlar qorxurdular ki, İlhamə Quliyevanın ətrafı genişdir, yol kəsə bilər”. 

B. Dadaşova deyib ki, türkiyənin məşhur müğənnisi Ferhat Köçer onun bek-vokalçısı olub:

“Türkiyədə Zülfi Divanəli ilə konsert vermişəm. Ferhat Köçer bek-vokalçımız olub. Heç vaxt etdiklərimi danışmamışam. Bunlar boş şeydir. Əsas odur ki, tamaşaçının qəlbinə yol tapasan”. 

Xalq artisti oğlu Cahadın videosuna yazdığı şərhə aydınlıq gətirib:

“Ona motosiklet alanda atası hirsləndi. Söz vermişdi ki, 70-100-dən artıq sürməyəcək. İnstaqramı açdım, videonu görüb halım pisləşdi. Mən Bakıda, o Türkiyədə... Telefonuna zəng vurdum, açmadı. Yazdım ki, İstanbula gəlirəm. Bilir ki, dedimsə, edirəm. Daha sonra telefonla danışdım. Mənim canıma adn içdi ki, yüksək sürətlə sürməyəcəm. Mənə deyir ki, maşını 160-la sürürsən”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi