“İlhamə Quliyeva məni istəyir” – Sərxan

ilhame-quliyeva-meni-isteyir-serxan
Oxunma sayı: 2587

“Qafqazinfo”ya açıqlama verən aktyor bildirib ki, bir-neçə gündür baş verənlərə baxıb və dəhşətə gəlib: “Hamı mənə deyir “İlhamə Quliyeva səndən nə istəyir?”. Mən də deyirəm ki, İlhamə Quliyeva məni istəyir. O, məni bir dost kimi heç kimlə bölüşmək istəmir. Vallah mən hər gün yatanda Allaha dua edirəm ki, İlhamə Quliyevanın yuxumda görüm. O, pis insan deyil. Pis biri olsaydı mən onu yuxumda görsəm, səhərsi gün mənim üçün hər şey yaxşı keçməzdi. Onun ətrafında olan insanlar onu belə yönləndirir. Ona heç nəyi düz çatdırmırlar. İlhamə Quliyeva ilə kəsdiyimiz çörəyin sayı-hesabı yoxdur. O, nə qədər belə sərt danışsa da, kövrək ürəyi var. Mənim Nazpəri xanıma da, Məleykə xanıma da böyük hörmətim var. Hamısı hörmətli insanlardır. Qoy özləri qərar versinlər bu məsələyə. Mənim İlhamə Quliyeva ilə heç bir problemim yox idi, sadəcə öz verilişimdə İlhamə xanımın adi bir sözünü işlətdim: “canım mənim”. Onu da başqa cür yozub xəbər verdilər. İlhamə xanım da mənlə düşmən oldu. Mənim bu qalmaqalda adım hallanır, amma mən heç bir qalmaqala sərt cavab vermərəm. İlhamə xanımın 70 yaşı var, anam yaşında olan yaşlı bir xanıma nə deyə bilərəm?! Allah ona can sağlığı versin. Onu da deyim ki, bizim İlhamə xanımla küsülülüyümüzün bitməsinin bəlli bir vaxtı var”.