“İlhamə Quliyeva məni qanadlarına almışdı”

ilhame-quliyeva-meni-qanadlarina-almisdi
Oxunma sayı: 1610

“Qafqazinfo”ya açıqlama verən qarmon ifaçısı bildirib ki, o, əvvəllər olduğu kimi İlhamə Quliyeva ilə yaxın münasibətdə deyil: “Mən İlhamə xanımdan küsməmişəm. Ola bilsin, o məndən küsüb. Bilmirəm. İlhamə xanım bir aralar məni qanadlarına almışdı. Qanadlarını açandan sonra, mən oradan uçub getdim. Titullar da ondan sonra başlayıb. Bu titullar da pulnan verilmir. Onun ürəyi kimi çox istəyir, ona da titul verir”.

Daha sonra qarmon ifaçı xalq artisti Nazpəri Dostəliyevaya bənzəməsindən söz açıb: “Belə deyirlər ki, mən Nazpəriyə oxşayıram. Nazpəri xanım da şərq xanımıdır. Mən də. Ona bənzədirlərsə, bənzətsinlər”.