İlhamə Quliyeva rayonlarda

ilhame-quliyeva-rayonlarda
Oxunma sayı: 651

Bu barədə “Qafqazinfo”ya məlumat verən xanım Quliyevanın mətbuat katibi Faiq Ələkbərli bildirib ki, İlhamə Quliyeva yubileylə əlaqədar ilk olaraq Beyləqan rayonuna yollanıb. Sənətkar həmin rayonda onun sənətinin vurğunlarına ən sevilən mahnılarını ifa edib. Xalq artisti daha sonra Astara rayonuna üz tutub və İlhamə xanımın adını eşidib onu dinləməyə toplaşan minlərlə rayon sakini qarşısında çıxış edib. Astarada Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı təşkil olunan konsert proqramında İlhamə xanım musiqisi Kamala, sözləri Baba Vəziroğluna aid olan “Xalq Heydər - Heydər Xalq” mahnısını ifa edib.

Xatırladaq ki, İlhamə xanım Quliyeva hazırda Masallı rayonundadır və növbəti konsertinə hazırlaşır.