İlhamənin bankda bu qədər pulu var imiş

ilhamenin-bankda-bu-qeder-pulu-var-imis
Oxunma sayı: 6938

ARB TV-də yayımlanan “Səhər-Səhər verilişində maraqlı açıqlamalar verilib. “Qafqazinfo” xəbər verir ki, proqrama qonaq olan əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın hələ də ona borclu olduğunu söyləyib. 

“Mən hamını ağ günə çatdırmışam. Mən indi öz pulumu niyə ala bilmirəm? Gələn- gedən hər kəs məni aldadır”- deyə müğənni bildirib. 

Daha sonra Əli Mirəliyev dünyasını dəyişən sənətkarın bankda 380 min manat pulu olduğunu bildirib:

“Bankda 380 min pulu var. Hələ brillantlarını, qızıllarını, maşınlarını, bağını, öz evini demirəm. Onun özü günahkardır. Gərək vaxtında borcu ödəyərdi”.