İlin ən çox qazanan yazıçıları açıqlandı

ilin-en-cox-qazanan-yazicilari-aciqlandi
Oxunma sayı: 1618

“Forbes” jurnalı 2018-ci ilin ən çox qazanan yazıçılarının siyahısını dərc edib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, siyahıda yer alan 11 yazıçının ABŞ-da ümumilikdə 24,5 milyon ədəd kitabı satılıb və 283 milyon dollar qazanc əldə edilib.

İlk pillədə 86 milyon dollarlıq gəlirlə Ceyms Petterson yer alıb. İkinci pillədə Coan Rolinq (54 milyon dollar) və üçüncü pillədə isə Stiven Kinq (21 milyon dollar) qərarlaşıb.