İlin ən dəbli idmançısı oldu - Fotolar

ilin-en-debli-idmancisi-oldu
Oxunma sayı: 3610

Amerikalı tennisçi Serena Uilyams 2019-cu ilin ən dəbli idmançısı seçilib. “Qafqazinfo”nun məlumatına görə, qadın idmançı ABŞ-ın “Sports Illustrated” jurnalının bu ilin 50 ən parlaq və dəbli idmançıları siyahısında birinci yerdə qərarlaşıb.

Siyahıya, həmçinin, Braziliya yığmasının əsas ulduzu, Fransanın PSJ komandasının hücumçusu Neymar və Londonun “Arsenal” futbol klubunun müdafiəçisi Ektor Bellerin daxil edilib. Rusiyalı idmançılardan reytinqdə tennisçi Mariya Şarapova yer alıb.

Məlumat üçün bildirək ki, S. Uilyam artıq bir neçə ildir geyim və dəb sahəsində çalışır. O, idman geyimləri istehsal edən “Aners Designs” firmasının, eləcə də “Serena” brendinin sahibidir.