İlin ən təhlükəsiz avtomobili seçildi - Video

ilin-en-tehlukesiz-avtomobili-secildi
Oxunma sayı: 10520

Avropanın qəza testləri keçirən Euro NCAP təşkilatı 2017-ci ilin ən təhlükəsiz avtomobilini seçib.

“Qafqazinfo” təşkilatın saytına istinadən xəbər verir ki, qaliblər 6 müxtəlif kateqoriya üzrə seçilib.

Reytinq hazırlanan zaman ekspertlər böyüklərin və uşaqların, piyadaların təhlükəsizliklərini və digər şərtləri nəzərə alıblar. Ümumilikdə 70 yeni avtomobilin kraş-testi edilib.

Ən təhlükəsiz avtomobil adına “Volkswagen Arteon” layiq görülüb. Avtomobil böyük sərnişinləri 96 %, uşaqları və piyadaları isə 85 % qoruyur.