İlin ən yaxşı ağır atletləri mükafatlandırılıb - Fotolar

İlin ən yaxşı ağır atletləri mükafatlandırılıb
Oxunma sayı: 898

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 2017-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib.

“Qafqazinfo” Federasiyaya istinadən xəbər verir ki, mərasimdə AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, federasiyanın Rəyasət Heyətinin üzvləri, həmçinin il ərzində fərqlənmiş idmançılar, onların məşqçiləri və digər mütəxəssislər iştirak ediblər.

2017-ci ildəki fəaliyyət və nailiyyətlərinə görə ilin ən yaxşı idmançı, məşqçi və hakimləri xüsusi xatirə plaketi və hədiyyələrlə təltif edilib.

AAAF-ın seçiminə əsasən qaliblər aşağıdakılardır:

İlin ən yaxşı idmançısı

1. Səbinə Əzimova

2. Rövşən Fətullayev

3. Elnarə Abbasova

4. Hüseyn İsmayılov

5. Rüstəm Qasımov

6. Tarmenxan Babayev

7. Rəhman Kazımov

8. Elşən Məmmədov

9. Məhəmməd Məmmədli

10. Kənan Xəlilov

 

İlin kəşfi (idmançı)

1. Selcan Qarayeva

 

İlin məşqçisi

1. Asif Məmmədov

2. Taleh Hüseynov

3. Şəfi Hüseynov

 

İlin hakimi

1. Azad Mustafayev

Sonda idmançılardan Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Elnarə Abbasova, məşqçilərdən Şəfi Hüseynov, Turan Abdullayev və Toğrul Məmmədliyə mənzil sertifikatları təqdim edilib.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi