“İlin ən yaxşı fotosu” adına namizədlər açıqlandı

ilin-en-yaxsi-fotosu-adina-namizedler-aciqlandi
Oxunma sayı: 2737

“World Press Photo” 62-ci illik beynəlxalq fotojurnalistika müsabiqəsinin nominantları elan edilib.

“Qafqazinfo” xəbər verir ki, “İlin ən yaxşı fotosu” kateqoriyasında altı kadr seçilib. 

Suriyalı Məhəmməd Badranın çəkdiyi Şərqi Qutada kimyəvi hücum qurbanlarının fotosu. 

İtaliyalı Marko Qualaççini və onun nigeriyalı oğlan fotosu

İspaniyalı Katalina Martin-Çiko. Fotoda daha əvvəl Kolumbiya İnqilabçı Silahlı Qüvvələrində xidmət edən hamilə qadın əks olunub. 

Avstraliyalı Kris MakQratın Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda lentə aldığı fotoda diplomatik nümayəndəliyin əməkdaşı əks olunub. Foto səudiyyəli istintaq qrupunun Kaşıkçı cinayətini araşdırmaq üçün konsulluğa gəlişi zamanı çəkilib. 

Amerikalı Com Murun çəkdiyi ağlayan miqrant-qız fotosu. Anası Meksika ilə sərhəddə saxlanılan zaman lentə alınıb. 

İngiltərəli Brent Stritonun çəkdiyi fotoda isə Zimbabvedə antibrakonyer qrupunun üzvlərindən biri əks olunur.