“İlin ən yaxşı kitabxanası” seçildi - Fotolar

ilin-en-yaxsi-kitabxanasi-secildi
Oxunma sayı: 1900

Bu gün Sabirabad rayonu Heydər Əliyev Mərkəzində "İlin ən yaxşı kitabxanası" müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova müsabiqə haqqında məlumat verib. Bildirib ki, kitabxanalar arasında müsabiqənin təşkili məhz vətəndaşların səyyar qəbulu zamanı qaldırılan məsələlərdən biri kimi həyata keçirilib. 

Nazirlik tərəfindən bu tipli müsabiqələr "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın icrası müddətində davamlı olaraq keçirilib. Bu ənənə yenidən bərpa olunub.

Vurğulanıb ki, builki müsabiqə əsasən kitabxanalarda yeni iş üsullarının və innovativ layihələrin reallaşdırılması, kitabxanaçıların yaradıcı potensialının inkişaf etdirilməsi məqsədilə təşkil edilib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında "İlin ən yaxşı mərkəzi kitabxanası”, "İlin ən yaxşı uşaq şöbəsi" və "İlin ən yaxşı kitabxana filialı" nominasiyaları üzrə keçirilib.

Daha sonra qaliblərə mükafatlar təqdim edildi. "İlin ən yaxşı mərkəzi kitabxanası" nominasiyasında Astara rayon Mərkəzi kitabxanası, "İlin ən yaxşı uşaq şöbəsi" üzrə Füzuli rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi və "İlin ən yaxşı kitabxana filialı" nominasiyasında isə Quba rayon MKS-nin Amsar kənd kitabxana filialı qalib olub.