İlin ən yaxşıları mükafatlandırıldılar- - Fotolar

ilin-en-yaxsilari-mukafatlandirildilar-
Oxunma sayı: 1218


“Qafqazinfo”nun  məlumatına görə, Samir Bayramlı və İlahə Nizamiqızının aparıcılığını etdiyi gecədə bir sıra şou əhli ilin ən yaxşıları mükafatlara layiq görülüblər. 

Onların sırasında  bəstəkar Sevinc Tofiqqızı “İlin çalışqan bəstəkarı”, müğənni Günay İbrahimli “İlin sevilən gənc xanım müğənnisi”, prodüser Təranə Səmədovanın “Şarm” qrupu “İlin sevilən gənc xanım qrupu”, rəqqasə Oksana Rəsulova “İlin rəqqasəsi”, rejissor Zöhrab Ağayev “İlin klipmeykeri” ifaçılar, Günel Məhərrəmova və Sevinc Ağaşirinova  il ərzində göstərdikləri fəaliyyətə görə,  Jurnalist Fuad Mədətov “ilin operativ maqazin jurnalisti” mükafatla tərtif olunublar.

Onu da deyək ki, Axşam.az, Bizimbaku.ws saytları ATV telekanalında yayımlanan “Onlar”, “ATV maqazin” və “Xəzər” telekanalından “Star life” verilişləri də ilin ən yaxşıları sırasında mükafat alanlardan olublar.