İlin məşqçisi seçildi - Foto

ilin-mesqcisi-secildi
Oxunma sayı: 1249

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuya görə Qurban Qurbanov ilin məşqçisi seçilib.

“Qafqazinfo” xəbər verir ki, U-19 millisinin baş məşqçisi Vüqar Məmməd, “Keşlə”nin çalışdırıcısı Tərlan Əhmədov, “Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimov, “Neftçi”nin baş məşqçisi Roberto Bordinin də yer aldığı siyahıda Qurbanov hamını qabaqlayıb. 

63 jurnalistin iştirak etdiyi sorğuda Ağdam klubunun məşqçisi 49 səs toplayıb.

Bu gün “Fairmont” oteldə baş tutan tədbirdə Qurban Qurbanovın mükafatı təqdim edilib.

Elsevər

Fotolar: Pərvin Zeynal