İlin simvolik komandası açıqlandı - Siyahı

ilin-simvolik-komandasi-aciqlandi
Oxunma sayı: 1510

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2017-ci ilin komandasını müəyyənləşdirib.

“Qafqazinfo” xəbər verir ki, rəmzi yığmada “Real Madrid”in 5 üzvü yer alıb. İlin məşqçisi Zinəddin Zidan seçilib.

Qapıçı: Canluici Buffon (“Yuventus”)

Müdafiəçilər: Marselo, Serxio Ramos (hər ikisi “Real Madrid”), Leonardo Bonuççi (“Yuventus”/”Milan”), Dani Alveş (“Yuventus”/PSG)

Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modric (hər ikisi “Real Madrid”), Kevin de Bruyne (“Mançester Siti”)

Hücumçular: Neymar (“Barselona”/PSG), Kriştianu Ronaldo (“Real Madrid”), Lionel Messi (“Barselona”)