İlin son günü Azərbaycanda 87 cinayət baş verib

ilin-son-gunu-azerbaycanda-87-cinayet-bas-verib
Oxunma sayı: 1577

Respublikanın daxili işlər orqanları tərəfindən 31 dekabrda 87 cinayət faktı qeydə alınıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, onların da 10-u “isti izlər”lə açılıb.

Axtarışda oluğuna görə 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 12 nəfər isə saxlanılıb.