İlin son günü təyyarə qəzası - 12 nəfər öldü

ilin-son-gunu-teyyare-qezasi
Oxunma sayı: 2444

Kosta-Rikada ötən ilin son günü ağır təyyarə qəzası baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 10 sərnişin və iki ekipaj üzvü həlak olub.

Məlumata görə, hadisə Quanakasta dağlarında baş verib. Təyyarə yanaraq kül olub və sağ qurtulan olmayıb.

Təyyarənin Xuan Şantamariya beynəlxalq hava limanı istiqamətində uçarkən qəzaya düşdüyü açıqlanıb.