İlk 6 ay ərzində Azərbaycanda 28745 insan ölüb

ilk-6-ay-erzinde-azerbaycanda-28745-insan-olub
Oxunma sayı: 1422

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda 28745 ölüm halı qeydə alınıb.

"Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,9-a düşüb.

Hesabat dövründə Azərbaycanda 66687 doğulmuş körpə qeydə alınıb.

Ümumilikdə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 38118 nəfər və ya 0,4 faiz artaraq 2019-cu il iyul ayının 1-i vəziyyətinə 10019575 nəfərə çatıb.