“İlk beşliyə düşəcəyimə inanmıram” - Aygün

ilk-besliye-duseceyime-inanmiram-aygun
Oxunma sayı: 646

“Qafqazinfo”nun məlumatına görə, bu məsələ ilə bağlı xanım Kazımovanın mətbuat xidməti onun açıqlamasının yayıb: “Əslində, bizim Türkiyədə bu oylamalara düşməyimiz çox böyük addımdır. Etiraf edim ki, ilin qadın müğənnisi və ən yaxşı sinql nominasiyası siyahısında elə sevilib-seçilən Türk müğənniləri var ki, onlarla yarışmaq asan olmayacaq. Açığını deyim ki, ilk beşliyə düşəcəyimə inanmıram. Məsələyə real yanaşıram. Çox güclü rəqabət var və bunu özüm üçün problem də saymıram. Düşünürəm ki, etdiklərim Türkiyənin ən yaxşı qadın müğənnisi olmaq üçün azdır. Bunun özü bir il ərzində görülən işlərin nəticəsidir. Əlbəttə ki, bu ödül xəbəri səfər qabağı mənə böyük stimul oldu və bizə dəstək olan bütün həmvətənlərimizə təşəkkür edirəm.”