İlk böyük investisiya elektrik enerjisi sahəsinə yönəlib

ilk-boyuk-investisiya-elektrik-enerjisi-sahesine-yonelib
Oxunma sayı: 659

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, “Yenikənd” SES-in tikintisinə 1984-cü ildə başlanıb. 1988-1992-ci illərdə məlum hadisələrlə əlaqədar olaraq, stansiyanın tikintisi tamamilə dayandırılıb. Müstəqillik dövründə Azərbaycan iqtisadiyyatında ilk böyük investisiya məhz elektrik enerjisi sahəsinə - “Yenikənd Su Elektrik Stansiyası”nın tikintisinə yönəldilib. Beləliklə də, stansiyanın tikintisi 1996-cı ildə Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı sərmayə hesabına bərpa olunub. Üstündən 4 ilə yaxın bir dövr keçdikdən sonra - 2000-ci ilin may ayının 23-də mərhum prezident Heydər Əliyevin iştirakı ilə stansiya işə salınıb. O zaman hər birinin gücü 37,5 MVt olan 3 hidroaqreqat istismara verilib. 2003-cü ildə dördüncü hidroaqreqat işə qoşulmaqla müəssisənin gücü 150 MVt-yə çatdırılıb.

Sonda onu da qeyd edək ki, “Yenikənd” SES artıq 11 ildir ki, normal işləyir və stansiyada ötən illərin plan tapşırıqları artıqlaması ilə yerinə yetirilib.
İstifadəyə verildiyi vaxtdan bu günə kimi stansiyada 3 milyard 784 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.

Nigar Məmmədli