İlk dəfə Avroliqada - “İnter”in rəqibi

İlk dəfə Avroliqada
Oxunma sayı: 16

Avropa Liqasında “İnter”in rəqibi olan Serbiyanın “Mladsot” 1952-ci ildə yaradılıb. “Qafqazinfo” xəbər verir ki, komanda Yuqoslaviya 3-cü liqasında mübarizəyə başlayıb. 

1989-cu ildə klub burada qələbə qazanaraq ikinci liqaya vəsiqəni təmin edir. 1989-90-cı illər mövsümündə ikinci liqada mübarizə aparan komanda turnir cədvəlini sonuncu pillədə başa vurur. Lakin Yuqoslaviya Futbol Federasiyasının verdiyi qərar əsasında komanda ikinci liqada qalmağı bacarır. 1995-ci ildə ikinci liqada çempion olan komanda birinci liqaya yüksəlir. 

Lukani təmsilçisi 3 il burada mübarizə apardıqdan sonra 1998-ci ildə yenidən ikinci liqaya yuvarlanır. Burada da 3 mövsüm oynayan komanda 2001-ci ildə yenidən yuxarı liqaya yüksələ bilir. Lakin elə həmin il yenidən aşağı liqaya yuvarlanırlar. Buna baxmayaraq komandanın forvardı Zoran Duraskoviç 27 qolla birinci liqanın bombardiri olur. 

2007-ci ildə Serbia Birinci Liqasında çempion olan komanda Superliqaya vəsiqə əldə edir. Lakin bu vəsiqə komanda üçün heç də xoş nəticələnmir. Superliqada orta pillələrdə qərarlaşan klub maliyyə çətinlikləri məngənəsinə düşür. Maliyyə problemləri onların yenidən aşağı liqalara yuvarlanmasına səbəb olur. 6 mövsüm birinci liqada mübarizə aparan komanda 2013-2014 mövsümündən etibarən Superliqada qərarlaşa bilir. Superliqaya qayıdışlarını onlar 7-ci pilləni tutmaqla qeyd edirlər. Komandanın hücumçusu Patrik Friday Eze 15 qol vuraraq Serbiya liqasının bombardiri olur. 

2016/2017-ci il mövsümünü “Mladost” 4-cü pillədə tamamlayır və tarixində ilk dəfə olaraq avrokuboklara vəsiqə qazanır. 
Komanda oyunlarını 8 min tutuma malik “Mladost Stadium”da keçirir. 

Baş məşqçi Nenad Milovanoviçdir. 

Vaxtilə bu komandada Azərbaycan millisinin sabiq hücumçusu Murad Hüseynov da çıxış edib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi