İlk dəfə görüşsələr də, özlərini yaxın dost kimi apardılar - Fotolar

ilk-defe-gorusseler-de-ozlerini-yaxin-dost-kimi-apardilar
Oxunma sayı: 4994

Ötən gün Londonda “The Lion King” filminin premyerası baş tutub.

“Qafqazinfo”nun “Elle” nəşrinə istinadən verdiyi xəbərə görə, gecənin diqqətçəkən simaları şahzadə Harri ilə xanımı Meqan Markl, müğənni Beyonsla həyat yoldaşı Cey-zi olub. 

Qeyd olunur ki, ilk dəfə mərasimdə görüşən məşhurlar özlərini yaxın dost kimi aparıblar. Belə ki, onlar öpüşüb qucaqlaşıblar.

Beyons Meqanla qucaqlaşaraq onu “mənim şahzadəm” adlandırıb, daha sonra Sasseks hersoginyasını övladının dünyaya gəlişi münasibətilə təbrik edib. 

Maraqlıdır ki, görüşdə bəzi qayda pozuntuları olub. Belə ki, Beyons və Cey-Zi krallıq protokoluna zidd davranaraq şahzadə ailəsindən sonra qırmızı xalıya çıxıblar. Bununla da onlar bütün iştirakçıların diqqətini özlərinə cəlb etməyi bacarıblar.