İlk dəfə “Kainat gözəli”nə transseksual qatılır

ilk-defe-kainat-gozeline-transseksual-qatilir
Oxunma sayı: 5587

Dünyanın ən nüfuzlu yarışması olan “Kainat gözəli- 2018”də bir ilkə imza atılıb. Belə ki, müsabiqədə transeksual iştirak edəcək. 

“Qafqazinfo” xəbər verir ki, “Miss İspaniya” qalibi Angela Ponce kainatın ən gözəl qızı olmaq uğrunda mübarizə aparacaq. 

26 yaşlı ispan trans həyatının bu yarışma ilə tamamilə dəyişdiyini bildirib:

“Xəyallarım yerinə yetir. Bu gün həyatım tammailə dəyişir. Ölkəm İspaniyanı uğurla təmsil edəcəyimə inanıram. Hər kəsi mənə hörmət etməyə dəvət edirəm. Çünki mən sadəcə olaraq sevgi mesajları verirəm”.