İlk dəfə olaraq Azercell-dən - Korporativ abunəçilər üçün endirimli bölgə tarifi

ilk-defe-olaraq-azercell-den-korporativ-abuneciler-ucun-endirimli-bolge-tarifi
Oxunma sayı: 1261



Yeni endirimli tarifə uyğun olaraq, bölgələrdə yerləşən şirkətlər bütün istiqamətlərdə 3 qəpik tarifi ilə danışacaqlar. Eyni zamanda, şirkətin daxilində edilən bütün zənglər pulsuzdur. Yeni tarifə görə, 1 sms cəmi 1 qəpik, 1 MMS isə 5 qəpik tarifi ilə hesablanacaq.Onu da bildirək ki, BizKlub üzvləri üçün də BizKlub daxilində zənglər pulsuzdur. Azercell-in korporativ abunəçilərinə təqdim etdiyi bu tarifə qoşulmaq üçün abunəçilər istəklərini əks etdirən məktubu bölgələrdə və ya Bakı şəhərində yerləşən Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinə təqdim etməlidirlər. Qeyd edək ki, “Korporativ Bölgə” tarifinin abunəçiləri üçün aylıq abunə haqqı tarifə qoşulan nömrələrin sayına görə dəyişir. Belə ki, 3-10 nömrə arası aylıq abunə haqqı 2 AZN, 10 və daha çox nömrə üçün isə 1 AZN təşkil edir. Məlumat üçün bildirək ki, tarifə tətbiq olunan endirimlər yalnız bölgələrdə istifadə oluna bilər.

Həmçinin, qeyd edək ki, korporativ abunəçilər üçün tətbiq edilən bu tarif Azercell şirkətinin bolgələrdə mobil rabitənin inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsidir. Bu strategiyanın çərçivəsində Azercell tərəfindən regionlar üçün nəzərdə tutulmuş bir sıra kampaniya və məhsullar, əsasən də, 3-cü dəqiqədən sonra şəbəkə daxili danışıqların pulsuz olmasını nəzərə alaraq abunəçilərə bütün istiqamətlərdə 5 qəpik tarifi ilə danışmağa imkan verən regional “Bolge” tarifini tətbiq etmişdir.

Azercell bundan sonra da öz abunəçilərinə keyfiyyətli rabitə, peşəkar abunə xidməti və qabaqcıl texnoloji həllərlə yanaşı, geniş sayda kampaniyalar, xidmətlər və sərfəli tariflər təqdim etməyə davam edəcək.

Qarşıdan gələn Bayramınız mübarək!