“İlk dəfə sizdən eşidirəm” – Rafiq Əliyev

ilk-defe-sizden-esidirem-rafiq-eliyev
Oxunma sayı: 644

Lakin Ziyalılar Forumunun üzvü Rafiq Əliyev sabahkı görüş barəsində heç bir məlumatı olmadığını “Qafqazinfo”ya açıqlamasında bildirib: “İlk dəfə sizdən eşidirəm, bu haqda qəti xəbərim yoxdur”.

Rafiq Əliyev əslində, Ziyalılar Forumunun İctimai Palatanın Koordinasiya Şurası ilə görüşünün planlaşdırıldığı barədə fikrin olduğunu, lakin sabah olacağından xəbərsiz olduğunu bir daha qeyd edib. Əgər görüş sabaha təyin olunubsa, gün ərzində mənə bu barədə məlumat verəcəklər.

İctimai palatanın 22 aprel mitinqinə Ziyalılar Forumunun iştirakına isə Rafiq Əliyev belə aydınlıq gətirib: “Bu barədə dəqiq məlumat yoxdur və Koordinasiya Şurasında Ziyalılar Forumunun mitinqdə iştirakı barədə müzakirə getməyib. Məsələ müzakirə olunandan sonra baxarıq”.

Günel