İlk dərs günü hava necə olacaq?

İlk dərs günü hava necə olacaq?
Oxunma sayı: 640

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi