İlk ikiekranlı noutbuk təqdim olunub - Fotolar

ilk-ikiekranli-noutbuk-teqdim-olunub
Oxunma sayı: 2105

“Asus” şirkəti “Computex 2018” sərgisi çərçivəsində “Project Precog” konseptual noutbukunu nümayiş etdirib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, qurğuda klaviatura əvəzinə, ikinci sensor ekran quraşdırılıb.

Noutbuk iki sensor displeydən ibarətdir. Onlardan biri klaviatura rolunu oynayır. Beləliklə, istifadəçi klavişli sahəni öz ehtiyaclarına uyğun quraşdıra bilər.

Həmçinin noutbukun hər iki tərəfini 180 dərəcə açaraq ondan böyük displey kimi istifadə etmək mümkündür.

Konsept şəklində olan “Project Precog” noutbukunun satışa çıxarılacağı barədə məlumat verilmir.