İlk iş günündə fəhlə binadan yıxılaraq öldü

ilk-is-gununde-fehle-binadan-yixilaraq-oldu
Oxunma sayı: 1125


Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hündürlükdən yıxılan şəxsin fəhlə olduğu bildirilir. 

Onun təxminən 35 yaşlarında kişi olduğu deyilir. Meyitin əlində fəhlə əlcəyi də olub. Hadisənin intihar olduğu ehtimal edilmir. 

Hadisə şahidləri bildiriblər ki, həmin fəhlə birinci gün imiş ki, işə çıxıbmış.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisə haqqında əlavə məlumatlar veriləcək.