İlk kosmik teleportasiya həyata keçirilib

İlk kosmik teleportasiya həyata keçirilib
Oxunma sayı: 73

Çinin Şanxay Universitetinin fiziklər qrupu tarixdə ilk dəfə kosmik kvant teleportasiyasını həyata keçirib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, alimlər “Mozi” peykindən Yerə hissəciyin vəziyyəti barədə informasiyanı uğurla ötürüblər.

16 avqust 2016-cı ildə buraxılan “Mozi” Yerə kvant informasiyanın ötürülməsi üçün nəzərdə tutulan dünyanın ilk aparatıdır.

Alimlər qrupunun rəhbəri Tsyan-Vey Pan qeyd edib ki, uğurlu sınaq bəşəriyyət üçün uzaq teleportasiyaya yol açır və kvant internetinin yaradılması istiqamətində atılan ilk addım olacaq.

Qlobal internet texnologiyasının əsas üstünlüyü kimi dinləmələrdən 100 faizlik mühafizənin təmin edilməsi göstərilir. Belə ki, kvant mexanikası qanunlarına görə, işıq hissəciklərinin vəziyyətini təkrarlamaq qeyri-mümkündür.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi