“İlk müştərisi özüm olacağam” - Ərdoğan

“İlk müştərisi özüm olacağam”
Oxunma sayı: 2262

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli avtomobil istehsalı layihəsini həyata keçirmək üçün bir neçə şirkət rəhbəri ilə görüş keçirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş sonunda Ərdoğan, Baş nazir Binəli Yıldırım və “Anadolu Grubu”, BMC, “Kıraça Holding”, “Turkcell Grubu”, “Zorlu Holding” şirkətləri arasında protokol imzalanıb.

Ərdoğan tədbirdə çıxışı zamanı bu vaxta qədər yerli avtomobilin istehsal edilməməsinin Türkiyənin bir eybi olduğunu deyib:

“Artıq bu tədbirdə yerli avtomobil istehsalı üçün ilk addımı atırıq. Əgər ürəkli dostlarımız belə bir ideya ilə qarşımıza çıxıblarsa, bizə də onlar lazım olan yerdə dəstək vermək düşər. İndidən elan edirəm, satışa çıxacaq ilk avtomobilin qiymətini ödəmək şərti ilə ilk müştərisi mənəm”.

Türkiyə prezidenti avtomobilin prototipinin ən gec 2019-cu ildə hazır olması, satışa isə 2021-ci ildə başlanılması üçün göstəriş verib:

“Məsələ sadəcə avtomobil istehsal etmək deyil. Keyfiyyəti, yüksək texnologiyası ilə də dünyaya meydan oxuyacaq iş ortaya qoyulmalıdır”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi