“İlk olaraq rejim özünə hesab verməlidir”

ilk-olaraq-rejim-ozune-hesab-vermelidir
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, baş nazir bildirib ki, qardaş xalq olan Suriya xalqının olduğu bir yerdə bu cür işlərə vəsilə olacağımızı heç kim bizdən gözləyə bilməz.

Rusiyadan yeni qayıdan Ərdoğan Suriyanın İnformasiya naziri baş verən sui-qəsd hücumunda Türkiyə kəşfiyyatını günahlandırmasını dezinformasiya adlandırıb: “Dezinformasiya bu cür vəziyyətlərdə hökumətlərin ən çox diqqət etməsi lazım gələn haldır. Hazırda dezinformasiyaya yol verməklə Suriya hökuməti təyyarəmizi düşürdüyü halda bu məsələdə ilk öncə qaçış yolunu seçdilər, daha sonra fərqli bir yanaşma göstərdilər. Heç kim qardaş xalq olan Suriya xalqına bu cür davrandığımızı, belə bir addım atdığımızı söyləyə bilməz. Bu məsələdə ilk olaraq rejim özünə hesab verməlidir. İndi dağıdılmış Hama, Humus var. Hazırda Şam da eyni vəziyyətə doğru irəliləyir. Özlərinə hesab verməlidirlər, harada, nə oldu, bu ordunun içərisindən dağılan insanlar niyə dağılır, bu müxalif güclər necə yaradı? İnformasiya Nazirliyinin bu açıqlamasının qəbul ediləcək tərəfi yoxdur”.