“İlk oyunun evdə olması üstünlükdür” - Ayxan Abbasov

“İlk oyunun evdə olması üstünlükdür”
Oxunma sayı: 610

““Differdanj” ölkəsinin ən güclü 2 klubundan biridi. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib". “Qafqazinfo” xəbər verir ki, bu fikirləri "Zirə"nin baş məşqçisi Ayxan Abbasov klubunun rəsmi "Facebook" səhifəsinə açıqlamaısnda bildirib.

Avropa Liqasının I təsfinat mərhələsində Lüksemburqun "Differdanj" klubu ilə düşən zirəlilərin gənc çalışdırıcısı bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacaqlarını söyləyib: "Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdü. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa Liqasında debüt edəcəyik, təcrübəmiz azdı. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək".

Xatırladaq ki, "Zirə" rəqibini iyunun 29-da "Dalğa Arena"da qəbul edəcək. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi