İlk qonaq İTV-nin direktoru oldu

ilk-qonaq-itv-nin-direktoru-oldu
Oxunma sayı: 4763

İctimai Televiziyanın yeni mövsümündə  “3D” adlı layihə start götürüb.

“Qafqazinfo”nun məlumatına görə, verilişin digərlərindən fərqi aparıcı ilə bağlı olub. Dadaşlinski Dadaş Dadaş oğlu adlı şərti aparıcı qəbuluna yazılan şəxslərdən biri ilə - İTV-nin Baş direktoru Balakişi Qasımovla söhbətləşib.

20 dəqiqəyə yaxın davam edən proqramda B. Qasımov bir sıra maraqlı açıqlamalar verib.

Aparıcının “Reytinqdə neçənci yerdəyik?” sualına Baş direktor cavabında bunun onun üçün o qədər də əhəmiyyət daşımadığını bildirib:

“Əgər ciddi cavab versəm, ümumiyyətlə, mənim üçün reytinq önəmli deyil. Ona görə ki, Azərbaycanda, əfsuslar olsun ki, uzun bir müddətdir ki, reytinq düzgün ölçülmür. Əgər bu gün ölçülülən reytinqdə birinci olmaq məqsədimiz olsaydı, biz bayağı verilişlərə üstünlük verməli olacaqdıq. Bunu nə özümüzə yaraşdırırıq, nə də bizim tamaşaçılara. Bizim meyar reytinq deyil, keyfiyyətli və tamaşaçılar tərəfindən qəbul olunan və istənilən verilişlərin istehsalıdır. Çalışırıq ki, bunu yüksək səviyyədə həyata keçirə bilək".

B. Qasımov Azərbaycan Televiziyası və “ARB 24” telekanallarını izlədiyini açıqlayıb.