İlk sınaqdan kim üzüağ çıxacaq?

ilk-sinaqdan-kim-uzuag-cixacaq
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, “Bavariya” öz meydanında “Yuventus”u , “P.S.G” isə “Barselona” nı qəbul edəcək.
Axırıncı dəfə 1995-1996-cı il mövsümündə “Çempionlar Liqa”sını başı üzərinə qaldıran “Yuventus” bu il, 17 illik həsrətə son qoymaq istəyir. Ancaq “Bavariya” nın keçən mövsüm “Çempionlar Liqa”sında final oynaması və bu il də möhtəşəm oyun sərgiləməsi “Yuve”nin işinin çox çətin olacağını göstərir.

Digər qarşılaşma da kifayət qədər maraqlı alınacaq. Son dövrlərdə qazandığı uğurlarla, oynadığı futbolla,gərgin pas qrafiki ilə futbol dərsiklərinə düşəcək “Barselona” digər tərəfdə isə ərəb sərmayəsinin məntiqli nəticəsi olan “P.S.G”. Bu iki tərəfin mübarizəsində “Barselona” favorit kimi göstərilir. Ancaq bizi hansı sürprizlərin gözlədiyini yalnız saat 23:45-dən sonra biləcəyik

İqbal