İlkin Həsəni ATV-dən qovulub? - Yenilənib

ilkin-heseni-atv-den-qovulub-yenilenib
Oxunma sayı: 824

Aparıcı ilə əlaqə saxladıq. Aldığımız cavab belə oldu:

“Mən hələ ki, ATV-yə gedib çıxmamışam, çünki səhər Bakıya çatmışam. İşdən çıxarılmağımla bağlı mənə rəhbərlikdən heç kim heç nə deməyib. İndi yoldayam, işdə hər şey bəlli olacaq. Onu deyim ki, mən Malmoda olarkən öz profilimdə sarkazm xarakterli videolar yaymışdım, bəzi ağzıgöyçəklər bunu başqa istiqamətə yönəltdilər. Həmin adamların kim olduğunu bilirəm. Amma mənə heç nə edə bilməzlər, çünki hamı yaxşı bilir ki, dövlətimi, Vətənimi məndən çox sevən yoxdur”.

***
Tanınmış aparıcı İlkin Həsəninin işdən çıxarılması ilə bağlı ATV-dən cavab cavab gəlib. Kanalın məsul şəxslərindən birinin Lent.az-a verdiyi açıqlamada bildirilir ki, İlkinin işdən çıxarılması xəbəri yalandır. “Bu şayiəni məndə eşitmişəm. Amma İlkin işdən çıxmayıb, iş yerindədir. Qətiyyən belə bir şey yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, İlkin Həsəni bu gün axşam saat 21:50-də ATV-də yayımlanan “Qrup № 1” yarışmasında aparıcılıq edəcək.

İlkin Həsəninin facebook hesabında paylaşdığı həmin videonu təqdim edirik: