“İlklərə birini də əlavə edəcəyik” - Tahir Gözəl

ilklere-birini-de-elave-edeceyik
Oxunma sayı: 810

"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə oyun öncəsi komandanın düşərgəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Kopenhagenə gedən klub rəsmisi “Qarabağ”ın son məşqini stadiondan canlı izləyib. Daha sonra o, sabahkı görüş haqda fikirlərini klubun saytına bildirib:
 
“Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız matçın nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik. Sabah 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizimlə olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram". 
 
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə "Kopenhagen"ə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" sabah bu komanda ilə Danimarkada cavab matçına çıxacaq.