İllər əvvəl onlar da sevgili olub

iller-evvel-onlar-da-sevgili-olub
Oxunma sayı: 5316

Əməkdar artist Nigar Şabanova ilə müğənni Yaşar Cəlilovun illər əvvəl sevgili olduğu ortaya çıxıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə “X magazin” proqramında məlumat verilib. 

Sözügedən veriliş şou-biznes üzvlərinə “İlk sevgiliniz kim olub?” deyə sual ünvanlayıb. Soruğuda Yaşar Cəlilov da iştirak edib. O, ilk aşiq olduğu xanımın N. Şabanova olduğunu bildirib:

“Əməkdar artist, gözəl muğam ifaçısı Nigar Şabanova ilə sevgili olmuşuq.  Sonda səhv yolda olduğumuzu düşünüb ayrılmışıq”.