İllərdir dilənçilik edən qadın milyonçu imiş - Foto

illerdir-dilencilik-eden-qadin-milyoncu-imis
Oxunma sayı: 6505

Livanın paytaxtı Beyrutda uzun illərdir dilənçilik edən qadının milyonçu olduğu üzə çıxıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl cəsədi tapılan 54 yaşlı Fatma Məhəmməd Osman 15 ildir istifadəsiz avtomobildə yaşayıb. Polisin araşdırması zamanı maraqlı fakt ortaya çıxıb. Qadının yaşadığı avtomobildə 4 min dollar tapılıb. Üstəlik, Fatmanın bank hesabı da var imiş və o, 5,5 milyon dolların sahibi olub. 

“Dünyanın ən zəngin dilənçisi” kimi gündəmə gələn Fatma İsrailin Livanı işğal etdiyi 1982-ci ildən eyni məhəllədə yaşayıb. Ona illərdir kömək əli uzadan zərgər Nebil əl-Asta açıqlamasında “Onun sərvəti mənimkindən çox imiş” deyib. Fatmanı 2007-ci ildən tanıdığını deyən zərgər əlil olan Fatmanı bir neçə dəfə həmin məhəllədən uzaqlaşdırmaq istədiklərini, ancaq buna özünün və dostlarının icazə vermədiyini bildirib. 

Hazırda məhəllədə hər kəs Fatmanın milyonçu olması xəbərinin şokunu yaşayır. 

Nuranə