İlon Mask bütün odpüskürənləri rekord vaxtda satdı

ilon-mask-butun-odpuskurenleri-rekord-vaxtda-satdi
Oxunma sayı: 1470

“Tesla” şirkətinin qurucusu İlon Maskın sahibi olduğu “The Boring Company” şirkəti tərəfindən hazırlanmış 20 min odpüskürənin hamısı satılıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, qiyməti 500 dollar olan bu odpüskürənləri hamısı cəmi 100 saatda sifariş edilib. Bu ticarət Maska 4 gündə 10 milyon dollar gəlir gətirib.

Mask bildirib ki, cihazları ön sifariş etmiş şəxslər onları yaz fəslində əldə edəcəklər. Bununla yanaşı o etiraf edib ki, odpüskürənin qiymət göstəricisi bir qədər yüksək olub və əlavə edib ki, buna oxşar cihazı digər yerlərdən daha ucuz qiymətə əldə etmək mümkündür.

O həmçinin qeyd edib ki, odpüskürən alıcılara pulsuz yanğınsöndürən ilə çatdırılacaq. Cihazın satışından əldə olunmuş vəsait isə “The Boring Company” şirkətinin Los Ancelesdəki yeraltı tunnellərin tikilməsinin maliyyələşdirilməsinə yönələcək. Bu kampaniya bir növ şirkət üçün əlavə vəsaitlərin yığılmasını özündə əks etdirib.