İlon Mask planetləri axtarmaq üçün kosmosa peyk göndərdi

ilon-mask-planetleri-axtarmaq-ucun-kosmosa-peyk-gonderdi
Oxunma sayı: 1055

İlon Maskın “SpaceX” şirkəti NASA-nın peykini “Falcon 9” raketi vasitəsilə Yer kürəsinin orbitinə göndərib.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, sözügedən peyk həyatın var ola biləcəyi potensial planetlərin axtarılması üçün nəzərdə tutulub.

TESS (Transiting Exoplanet Survey Satellite) adlı peyk Yer kürəsinə bənzər planetlərin axtarışı üzrə 200 min ulduzun analiz olunması üçün orbitə göndərilib. Aparat yüksək elliptik orbit üzrə hərəkət edərək ulduzları və onların ətrafındakı yerləri skan edəcək. Bu proses 2 il davam edəcək və məlumatlar peykdən hər 13 gündən bir göndəriləcək.

Qeyd edək ki, ulduzların ətraflarındakı qaranlıq ərazilər əsasən planet kimi obyektlər sayəsində formalaşır. Son məlumatlara əsasən, alimlər Yer kürəsinə bənzəyən 11 planet haqqında məlumatlara sahibdirlər. Həmin planetlər Yerdən 50 işıq ili uzaqlığında yerləşirlər. Onlardan ən yaxını isə “Ross 128 b” adlı planet hesab olunur.