İlon Maskın tikdirdiyi tunel hazırdır - Video

ilon-maskin-tikdirdiyi-tunel-hazirdir
Oxunma sayı: 2497

“Tesla”, “SpaceX” və “The Boring Company” şirkətlərinin təsisçisi İlon Mask öz İnstaqram hesabında Los-Ancelesin beynəlxalq hava limanı ilə “SpaceX”in baş ofisini birləşdirən yeraltı tunelin daxilindəki səyahət videosunu paylaşıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, o, tuneldə son tamamlama işlərinin getdiyini bildirib.

Tunelin bir neçə ay sonar istifadəyə veriləcəyi bildirilib. Mask insanların həmi tuneldə səyahət edə bilməsi üçün yaxın zamanlarda dövlətdən də rəsmi icazə almağa çalışacaq. Orada səyahət pullu olsa da, adi avtobus biletlərinin qiymətlərindən daha ucuz olacaq.

Mask həmçinin qeyd edib ki, yeraltı tunellər ilk növbədə piyadalar və velosiped sürən insanlar üçün nəzərdə tutulub. Avtomobil sürücüləri də həmin tunnellərdən istifadə edə biləcəklər. Lakin, əsas üstünlük piyadalara və velosiped sürən insanlara veriləcək.

Maskın sözlərinə görə, artıq Vaşinqton və Nyu-York şəhərləri arasında tunelin inşasına da start verilib. “The Boring Company” şirkətinin planları sırasında Los-Anceles və San-Fransisko arasında da tunelin inşası var. Həmin tuneldə isə yüksək sürətli “Hyperloop” nəqliyyat növündən istifadə ediləcək.