“İlqar İbrahimoğlu İranın təsiri altına düşüb”

ilqar-ibrahimoglu-iranin-tesiri-altina-dusub
Oxunma sayı: 673

“Qafqazinfo” xəbər verir ki, deputat Publika.Az-a açıqlamasında deyib ki, İ.İbrahimoğlunun Azərbaycanda İslam dini və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyəti ilə bağlı söylədiyi fikirlər qəbul edilməzdir. Onun sözlərinə görə, Azərbaycan prezidentindən tutmuş sıravi vətəndaşa qədər hər kəs yeri gələndə İslam dininin müdafiəsinə qalxır: "Bizim dinimiz İslam dinidir və müqəddəs Qurani-Kərim də tələb olunanlara riayət edirik. Cənab Prezidentimiz tərəfindən də dini məscidlərin açılışı, müqəddəs abidələrinin qorunması ilə bağlı verdiyi qərarlar bunu bir daha sübut edir. Təbii ki, biz Azərbaycanda rəsmi İslam dinini elan edib digər dinlərin sıxışdırılmasına səbəb olacaq addım da atmarıq".

Ç.Qənizadə İ.İbrahimoğlunun QMİ haqqında söylədiyi fikirlərə də toxunub: "Hörmətli Şeyximiz və onun rəhbərlik etdiyi idarə haqqında bu cür fikirlərin söylənilməsi əsassız və lazımsızdır. Biz gələcəkdə Azərbaycanda islam dövlətinin yaradılmasına dəstək vermərik. Hesab edirəm ki, İlqar İbrahimoğlunun söylədikləri olduqca ciddi və təhlükəli fikirlərdir. Nəzərə alaq ki, Azərbaycanda siyasi prosesləri sabit vəziyyətdən daim çıxarmağa çalışan bəzi dövlətlər var ki, onların içərisində İranın adı xüsusi çəkilməlidir. Çox təəssüf ki, İran son vaxtlar yenidən Azərbaycanda siyasi prosesləri pozmağa cəhdlər edir. Bu baxımdan da Azərbaycanda İlqar İbrahimoğlu kimi ayrı-ayrı adamlar bəzi məsələlərdə təsir altına düşürlər. Mən İlqar İbrahimoğlunu savadlı adam kimi tanıyıram, amma çox təəssüf ki, o zaman-zaman bu kimi açıqlamaları ilə Azərbaycanda fikir ayrılığı, dini ayrılığa xidmət edən və tolerantlığa qarşı olan hərəkətlər edir. İslam Partiyası fəallarının da qanuna zidd hərəkətlərini müdafiə edən açıqlamaların da zaman-zaman verilməsi bizi düşünməyə əsas verir ki, bu qüvvələrin arxasında bəzi dövlətlər dayanır. Mən çox təəssüf edirəm ki, bəzi insablarımız həmin dövlətlərin təsiri altına düşə bilirlər".

Deputat vurğulayıb ki, Azərbaycan dünyəvi dövlətdir və burada yaşayan hər bir insanın öz din azadlığı və dini ibadət etməsi üçün yerləri var: "Bunların da əksəriyyəti müsəlmanlardır və İslam dininə qulluq edirlər".

Xatırladaq ki, Hacı İlqar İbrahimoğlu “Qafqazinfo”ya müsahibəsi zamanı deyib ki, Qafqaz Müsəlmanları İdarəsi Çar Rusiyası dövründə yaradılmış və daha çox iqtidarlara xidmət edən bir qurum olub.