İlqar Məmmədov diplomatlarla görüşdü

ilqar-memmedov-diplomatlarla-gorusdu
Oxunma sayı: 643

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, İ. Məmmədov görüşdə ölkənin inkişaf perspektivlərinə dair hərəkatın təklif və baxışlarını səfirin diqqətinə çatdırdı. İ. Məmmədovun sözlərinə görə, ən mühüm göstəricilərərdən məlumatlı insanlarda Azərbaycanın gələcəyi ciddi rahatsızlıq doğurur: işçi qüvvənin 4 faizi milli məhsulun 80 faizini istehsal edirsə, birbaşa və dolayısı ilə neft gəlirləri büdcənin 80 faizindən çoxunu verirsə, ixracatın 97 faizini hidrokarbon məhsullar təşkil edirsə, şirkətlərin rəqabət mühiti orta əsrlərdəkindən az fərqlənirsə, universitetlərə qəbul balları ildən ilə enirsə, sağlamlıq sektoru çox aşağı etibara malikdirsə və həyat müddəti Güney Qafqazda ən aşağı səviyyədə qalaraq Ermənistanın 1981-ci ildəki səviyyəsindədirsə, dayanıqlı inkişaf mümkün deyil.

REAL həmsədri hərəkatın təklif elədiyi çıxış yollarını da səfirin diqqətinə çatdırdı. Ayrı-ayrı açar sektorlardan başlayaraq iqtisadiyyat ardıcıl şəkildə qara mühasibatdan işığa çıxarılarmalı, gerçək tükədici və sərmayəçi trendləri öyrənilərək ölkə daxilində texnoloji və elmi tərəqqini təmin edən tərəfə yönəldilməlidirlər. Bu kimi dəyişiklikləri yalnız məsuliyyətli və demokratik mahiyyətli yeni bir iqtidarın həyata keçirə biləcəyini İ.Məmmədov vurğuladı.

İ. Məmmədov həmçinin ABŞ səfirliyinin yeni təyin olunmuş siyasət şöbəsinin müdiri Anthony Bairdlə görüşüb. O, diplomatla görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin dinc həll imkanlarına əngəllər, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaratdığı yeni problemlər haqqında danışdı. Onun sözlərinə görə, təşkilatda indiki konsensusdan səsvermə qaydasına planlaşdırılan keçid işğalçını atəşkəsi miqyaslı şəkildə pozmağa ruhlandırır, çünki bu halda Rusiya yeni qaydalı KTMT-ni nəhayət ki bir örtüyə çevirib Ermənistana tam hərbi dəstəyi başqa adla və dəha da fəal şəkildə verə biləcək.

Görüşdə İ.Məmmədov hərəkatın fəaliyyəti və planları haqda diplomata ətraflı məlumat verdi.