İlqar Məmmədov Vəkillər Kollegiyasının özbaşınalığından danışıb

ilqar-memmedov-vekiller-kollegiyasinin-ozbasinaligindan-danisib
Oxunma sayı: 654

Hərəkatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, İ. Məmmədov görüşdə ölkədəki siyasi durum və AB-Azərbaycan münasibətlərinin gündəminə dair REAL-ın mövqeyini bölüşüb. Xəzər ötəsi qaz anlaşmaların yaxınlarda gerçəkləşəcəyini yaxşı hal kimi dəyərləndirən İ. Məmmədov, siyasi toplumun bundan doğan rahatsızlığını da ifadə edib: “Avropa Birliyi rəsmi Bakı ilə uyğun siyasi dialoq qurmazsa, qaz anlaşmalarından ruhlanmış iqtidar, demokratik təsisatlara və azadlıqlara qarşı yeni hücuma keçə bilər”. Onun sözlərinə görə, əvvəlki dövrlərdə də deyilən sahələrdə geriləmə məhz neft-qaz əməkdaşlığında irəliləyişlər yaşanarkən baş verib.

İslahatlara ümidlərin olmadığını vurğulayan İ. Məmmədov, praktiki şəkildə media azadlığı qalıqlarının məhv edilməsinə, Vəkillər Kollegiyasının özbaşınalıqlarına və digər mənfi trendlərə qarşı addımların Bakı və Brüssel arasında siyasi dialoqda yer tapmasını vacib saydığını bildirib.